Qonaq Kitabı
Heyf ki, bilmədim çay kənarında

 

Heyf ki, bilmədim çay kənarında
Yetişən guşimə bu səda qıydı.
Yoxsa qətl-am edib xublar aşiqin
Səs səsə veribdir bu səda qıydı-

Çeşmimin yaşından dirilən olmaz,
Siyəh zülfün kimi dirilən olmaz,
Yar gəlməsə məndən dirilən olmaz,
Məni xəstə salan bu səda qıydı.

Müjganları tökər yağı gözlərin,
Əritdi cismimdə yağı gözlərin.
Qanlıdır aşikar yağı gözlərin
Bu yayı, bu oxu, bu səda qıydı.

Günduz yüzə çıxa bilməz yarasan,
Əfv olursan qulluğuna yarasan.
Etibar eyləmə, çarə yarasan.
O biri şəfadı, bu səda qıydı.

Nahan ğəmin yetər oldu üzə yar,
Az qalıbdır Zakir canın üzə, yar
Səri-zülfün qoyma düşə üzə, yar,
Qorxuram üzari bu səda qıydı.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info