Qonaq Kitabı
Dəli könül, nə düşübsən çöllərə

 

Dəli könül, nə düşübsən çöllərə,
Məgər usanmazsan yar aşiqidi.
Dost kuyindən gedən deyil bir yana…
Rəqibi-səksifət yar aşiqidi.

Adəm gərək həzz eyləyə həvadən,
Xatircəm ol gətirmişəm həvadən.
Laçın kimi qanad çaldı həvadən,
Sonanın bağrını yar aşiqidi.

Haçan ola canan gələ bu saça
,Qorxuram ki, qanlı ğəmzə bu saça.
Qurban olum bu geysuyə, bu saça
Sənubər qəddinin yar aşiqidi.

Naşi sərraf fayda bulmaz o laldan,
Xəbər alma bilən deyil o laldan,
Yara deyin əl götürsün o laldan,
Ağ geysin ki, əcəb yar aşiqidi.

Qaş qaradı, xal həbəşi, gözələ,
Yığ dərdini bu canıma gözələ,
Zakir meyl eyləməz yetən gözələ,
Bir billur əndamlı yar aşiqidi.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info