Qonaq Kitabı
Heç bilməzəm nə vəqtədən sevdiyim

 

Heç bilməzəm nə vəqtədən sevdiyim,
Gözlərim yolunu bu saqi nədi?
Sən də bir insafa gələcəksənmi,
De görüm sözünün bu saqi nədi?

Girib meyxanəyə xumariyəm mən,
Tutmuşam zülfünlə xumariyəm mən.
Şəhla gözlərinin xumariyəm mən
Dəxi bu piyalə, bu saqi nədi?

Qarışıb çeşmimin abi cananə,
Pəyəndaz etmişəm abn cananə.
Yüz kərrə can verdim abi cananə,
Bir kərrə istədim bu saqi nədi.

Yaşılbaş sonasan, üzqan eylərsən,
Aşiqlər canını üzqan eylərsən.
Hər qiya baxanda üzqan eylərsən,
Bilməzəm dərində bu saqi nədi?

Neylədi, Zakirdən dəndanə yüzin,
Həbəşi xalların, dandanə yüzin,
Necə tab gətirsin dəndanə yüzin,
Bir məkəs pərilə bu saqi nədi.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info