Qonaq Kitabı
Qalmadı bir ovuc qəllə biz acıq

 

Qalmadı bir ovuc qəllə biz acıq
Qurtulubdi bu afətdən o dızaq.
Quru yerə zor eyləmiş biz acıq,
Qəlbimizdən gedən deyil o dızaq.

Qalırmola yarəb bizə bu damaq,
Qılınc alıb sək rəqibi bu damaq,
Qaragözlüm geyinibdir bu damaq
Qəmər-kimi şölə verir o dızaq.

Qələm alıb əhvalımız yazarıq,
Qəhbə fələk fitnəsindən yazarıq,
Qışın zəhmətindən çıxıb yazarıq,
Qoyun-quzu cövlan eylər, o dızaq.

Qarı düşmən ölsün, kedək yasadıq
Qayım-qayım dost dərini yasadıq.
Qadir Allah yaradıbdır, yasadıq,
Qayıtmanam təriqindən, o dızaq.

Qoyma rəqib dərgahına, yaxalıq,
Qəsdi budu aparmıya yaxalıq,
Qismət eylə bu Zakirə yaxalıq,
Qızıl gülə sarmaşıbdı o dızaq.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info