Qonaq Kitabı
Piranəsərlikdə bir növcavanın

 

Piranəsərlikdə bir növcavanın
Oxları sinəmə kargər olmuş.
Atdı, vurdu, yıxdı, keçdi çəpəndaz,
Könül əqəbincə dərbədər olmuş.

Yetişən zamanda başa sinnü sal,
Didarını görcək rəf oldu məlal;
Gəlib təravətə gülşəni-xəyal,
Şükufələr açıb barvər olmuş.

Həvavü həvəsi sanmayın asan,
Şiri-nəri eşq eyləyər bəndivan,
Görmədinmi, necə o Şeyx-Sənan.
Düxtəri-tərsayə xidmətkər olmuş!

Pirlik etmişdi məni sərsəri,
Qalmamışdı zövqü səfa əsəri;
Ol qönçədəhanı görəndən bəri
Nəzmi-təbim yenə pürgühər olmuş.

Yüz huriyü ğılman olaydı hazır,
Mu qədəri ülfət etməzdi xatir;
Bu gün neçə gündür qocaman Zakir
Tazə-təri sevmiş, tazə-tər olmuş.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info