Qonaq Kitabı
Bağrım şan-şan olur zənbur evi tək

 

Bağrım şan-şan olur zənbur evi tək,
Gözüm ki, sən gəzən otağə düşər.
Necə ağlamayım, bəs ağlamazmı
Bir kəs ki, yarından irağə düşər?

Əyyami-xəzanə dönüb baharım,
Kəsilməz sübhədən naləvü zarım.
Sən gedəndən bəri bir yol güzarım
Nə suyi-gülşənə, nə bağə düşər.

Qəsdin aşiq canı almaqdı əgər,
Göz ucilə qıya baxmağın yetər.
Dəxi nə lazımdı tiri-mücələr
Səf çəkib, yay qaşın qabağə düşər.

Üzünü görməyə məh avarədi,
Gahi müdəvvərdi, gahi parədi;
Gün sənin əlindən günüqarədi,
Zülfün kimi daim ayağə düşər.

Nə müddətdi bizdən kəsibdi ara,
Bir deyən yox o, zalimü xunxara:
Ver hüsnün zəkatın Zaxiri-zara,
Binəvadır, ona sədağə düşər.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info