Qonaq Kitabı
Yeri, ey bivəfa, həq varsın işin

 

Yeri, ey bivəfa, həq varsın işin,
Ömrümüzə xələl qatdığın yetər.
Yadlar ilə xəlvət aşina olub,
Aşikar boynundan atdığın yetər.

Dərdü ğəm çəkməkdən cana yetdim mən,
İnsafü mürüvvət eyləmədin sən:
Yandırıb şəm tək bizi sübhədən,
Özün rahət ilə yatdığın yetər.

Gah küsülü olub, gahi barışıb,
Bir saat keçməmiş ara qarışıb,
Tənəli-tənəli sözlər danışıb,
Əlini dizinə çatdığın yetər.

Nə cəfa çəkərik, nə can üzərik,
Bu gündən belə də yarsız gəzərik;
Daş basarıq bağrımıza, dözərik,
Bu qədər özünü satdığın yetər.

Adam gərək bir üz qoya aradə,
İqrarı, imanı verməyə badə;
İncitmə Zakiri bundan ziyadə,
Bir usan, günaha batdığın yetər.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info