Qonaq Kitabı
Adətdir xublara başdan, binadan

 

Adətdir xublara başdan, binadan,
Bir müddət aşiqə hələ yağ çəkər.
Eylə ki, yandırdı dürüst ayağın,
Görərsən ki, yavaş-yavaş dağ çəkər.

Beş kün, üç gün duzlar tərəsin əvvəl,
Aralıqda olur filçümlə get-gəl,
Sonra deyər çoxdur yanımda əngəl,
Biçarə eşikdə iştiyaq çəkər.

Aldadıban alar əlindən varın,
Elə ki, keyfincə, saf gördü karın,
Xəlvətdə öyrədər motalçıların,
Kimi qapaz salar, kim çomaq çəkər.

Əzəldən deyər ki, bəri dur, bəri,
İrəli gedərsən o durar geri.
Səni görcək özün soxar içəri,
Tünd olub, qapını bidamağ çəkər.

Lənət olsun bədəsilə, gövdənə,
İstəmə, əgərki can verə sənə;
Şikəstə Zakirəm, gərəkməz mənə,
Bu xiffəti hansı qurumsaq çəkər!




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info