Qonaq Kitabı
Xuraman-xuraman seyri-gülşənə

 

Xuraman-xuraman seyri-gülşənə
Al geyinib çıxma, allahı sevər;
Sən bəşər deyilsən, süni-xudasan,
Yıxarlar evimi, çoxdu bədnəzər.

Tək yaradıb səni xaliqi-əşya,
Mahi-bədrə bənzər rüxsari-ziba;
Arasında bini-siminin guya
Əngüşti-nəbidən şəqq olub qəmər.

Hər kəs kedib öz şüğlünə, karına,
Mənəm düşən eşqin girü darına;
Bilməzəm əbrudur, can şikarına,
Ya şahbaz gözlərin açıb balü pər.

Diyari-ğürbətdə dili-divanə,
Necə tab edərdi ğəmi-hicranə;
Nəkhəti-zülfünü məşami-canə
Gətirməsə gündə nəsimi-səhər.

Zakirəm, mən sana olmuşam mail,
Danışığım hədyan, kəlamım zail;
Divanə sözünə qatışmaz aqil,
Dolanım başına, olma mükəddər.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info