Qonaq Kitabı
Can üzüldü, gələ-gör ki, sevdiyim

 

Can üzüldü, gələ-gör ki, sevdiyim,
Gülgəz yanağını könlüm arzular.
Bəyaz püstanını, mərmər sinəni,
Nəsrin buxağını könlüm arzular.

Gah küsüb özümü sana satdığım,
Gah barışıb ixtilatı qatdığım,
Öpüb, qucub, o qolboyun yatdığım
Xəlvət otağını könlüm arzular.

Əmib-əmib ləblərindən doyduğum,
Mürgüləyib kənarında uyduğum,
Tutub, sıxıb qucağıma qoyduğum
Şümşad ayağını könlüm arzular.

Ayrılıqda keçən karı dediyin,
Yarı gizlətdiyin, yarı dediyin,
"Ahəstə sor, səni tarı",-dediyin
Şəkkər dodağını könlüm arzular.

Yox idi Zakirdən haşa etməkin,
Nə bir yaşınmağın, nə üz tutmağın,
Kəsilibdi indi gəlib-getməgin.
Əzəlki çağını könlüm arzular.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info