Qonaq Kitabı
Bir saat havada qanad saxlayın

 

Bir saat havada qanad saxlayın,
Nizam ilən gedən qoşa durnalar!
Qatarlanıb nə diyardan gəlirsiz
Qaqqıldaşa-qaqqıldaşa, durnalar?

Mən sevmişəm onun ala gözünü,
Nəsib ola bir dəm görəm üzünü;
Yoxsa danışırsız dilbər sözünü,
Veribsiniz nə baş-başa, durnalar?!

Diyari-ğürbətdə müddətdi varam,
Gecə-gündüz canan deyib ağlaram;
Mən də sizin kimi ğəribü zaram,
Eyləməyin məndən haşa, durnalar!

Laçın yatağıdı bizim məkanlar,
Yavaş-yavaş gedin, səsiniz anlar,
Qorxuram toxuna ötən zamanlar,
Sürbəniz dağılıb çaşa, durnalar!

Zakirəm, od tutub, alışıb cigər,
Var isə canandan sizdə bir xəbər,
Təğafül etməyin, allahı sevər,
Dönməsin bağrınız daşa, durnalar!




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info