Qonaq Kitabı
Dilbər, sən gedəndən bəri könlümün

 

Dilbər, sən gedəndən bəri könlümün
Nə səbri, sükunu, nə qərarı var.
Kimdir mənim kimi ellar dəlisi?
Hər kimsənin öz boyuna karı var.

Yar məgər yarını yadına salmaz?
Arayıb axtarmaz, ğəminə qalmaz?
Haçan can dilədin, mən dedim:-olmaz?
Yalan demə, üstümüzdə tarı var!

Həmdəmi olmayan pərişan gəzər,
Əlləri qoynunda, bu nişan gəzər,
Əkər gəda olsa, alişan gəzər
Hər kimin ki, bir vəfalı yarı var.

Gəzəsən aləmi, cümlə-cahanı,
Mənim tək tapılmaz binəva, hanı?
Vamiqin Əzra tək canı yananı,
Məcnunun Leyla tək ğəmküsarı var.

Zakir, başdan bəxtin qaradır sənin,
Göz tikmə yollara, kimdir gələnin?
Bəxtəvər başına o kimsənənin,
Gözəllər yanında etibarı var.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info