Qonaq Kitabı
Dilbər, səni tarı, günəş camalın

 

Dilbər, səni tarı, günəş camalın,
At bürqəni, al yanağı görünsün.
Bəyaz cəbinində qövsi-qüzeh tək,
Hərami qaşların tağı görünsün.

Gizləmə gəncini süni-xudanın,
Qoy olsun aşikar, sən ol öz canın;
Sal ağızdan yamşaq, şəkər dəhanın
Şirin-şirin danışmağı görünsün.

Susayıb qanıma bimar gözlərin,
Xəstədir, gördüyün umar gözlərin,
Eşq əhlinə iki xumar kgzlərin .
Kaman çəkib, ox atmağı görünsün.

Çəkibsən sədrinə qara çarqatı,
Bulud kimi alan ara çarqatı.
Götür, tulla bir kənara çarqatı,
Giribandan sinən ağı görünsün.

Sevgi gərək ola sevgisilə düz,
Əylənə bir yerdə gecəvü gündüz;
Bir dəm Zakir ilə otur üzbəüz,
Üzarının solu, sağı görünsün.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info