Qonaq Kitabı
Ey yığılan canlar, minnət eyləyin

 

Ey yığılan canlar, minnət eyləyin,
Dursun, o gözəllər şahı oynasın.
Dəst tutsun Ütarid, Zöhrə, Müştəri,
Fələkin şəms ilə mahı oynasın.

Sərasər əlvanə batsın gül bədən,
Siyah zülfün töksün qamətilə tən.
Demənəm oynasın ta axşamadən,
Gah otursun, gah-gahi oynasın.

Salıban piləkduz cuna başına,
Sürmə çəksin həm közünə, qaşına;
Can nəqdini verək biz şabaşına,
Eşq əhlinin qibləgahı oynasın.

Odur bizim sultanımız, xanımız,
Yolunda qoymuşuq din-imanımız; ,
İntizar çəkməkdən çıxdı canımız,
Bəsdir bu nəzakət, dahı oynasın.

Şikəstə Zakirəm, görüb karımı,
Yolunda dağıtdım yoxü varımı;
Aparıb əqlimi, ixtiyarımı,
Xahi oynamasın, xahi oynasın.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info