Qonaq Kitabı
O qədər gəlmədi intizar öldüm

 

O qədər gəlmədi intizar öldüm,
Deyin, indən belə yara gəlməsin.
Gözü yolda natəvanım var,-deyib,
Zəhmət çəkib bu diyara gəlməsin.

Əkər ağlamağa olsa həvəsi,
Səd əmanət, uca çıxmasın səsi,
Deməsinlər yoxdu bir kimsənəsi,
Xəlq üzünə geysin qara, gəlməsin.

Biganələr sarayına varmasın,
Dırnaq çalıb gül üzarı yarmasın,
Amandı, baş açıb, əl aparmasın
Siyah zülfi-tabdarə, gəlməsin,

Yar olan gərəkdir yana yarına,
Ğəmü möhnət çəkə ğəmküsarına.
Səbr etməkdən ğeyri qəza karına,
Yoxdu dəxi özkə çarə, gəlməsin,

Həsrət ilə getdi Zakiri-xəstə,
Badi-səba, yetir ol çeşmi məstə,
İşdir, yolu düşsə məzarım üstə,
Pünhan gəlsin, aşikarə gəlsin.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info