Qonaq Kitabı
Badi-səba, seylə mənim yarıma

 

Badi-səba, seylə mənim yarıma
Gözəllər çıxıbdı seyranə, gəlsin!
Təğafül etməsin, işrət çağıdır,
İçilir hər yerdə peymanə, gəlsin!

Bənövşələr salsın başın aşağa,
Nərgiz olsun gözlərinə sadağa,
Gül camalıg əfğanə, gəlsin!

Siyah zülfü tər buxaqda dənlənib,
Sonalar yerişi ondan öyrənib.
Ovçu görmüş maral kimi səksənib,
Oğrun baxa-baxa hər yanə, gəlsin!

Barmağında xatəm, belində kəmər,
Telində güşvarə, düymə tamam zər,
Ğərq olsun yaşıla, ala sərasər,
Naz ilə sallana-sallanə gəlsin!

Sürmə çəksin gözlərinə, qaşına,
Gündə yüz yol mən dolanım başına.
Zakir tək yanmağa eşq ataşına,
Cürəti var isə pərvanə gəlsin!




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info