Qonaq Kitabı
Heç bilirsən nə cəfalər çəkmişəm

 

Heç bilirsən nə cəfalər çəkmişəm,
Uzun müddət yollarında, yar, sənin?
Nə olur danmaqdan, daldalamaqdan,
Düşgününəm aləm-aşikar sənin.

Nə qədər ki, gəlir təndə nəfasim,
Bülbüli-şeyda tək kəsilməz səsim;
Mənim səndən özgə yoxdur bir kəsim,
Yüz kimin-kimsənən o ki var, sənin.

Ayırmışdı məni bəxti-siyahım,
Gəlmişəm dərinə, ey padişahım;
Çək tiğini, kər var isə günahım,
Öldür, gərdən mənim, ixtiyar sənin.

Tutmuş idim səri-kuyində mənzil,
Gecə-gündüz danışardım dilbədil;
İndi ğəm evində sədparə könül
Əzəlki lütfünü arzular sənin.

Ayrı düşüb obasından, elindən,
Yenə əl götürməz xublar telindən;
Zakir, məgər usanmazsan, əlindən
Saf canə yetişdi dili-zar, sənin.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info