Qonaq Kitabı
Dilbər, neyləmişəm, nədir günahım

 

Dilbər, neyləmişəm, nədir günahım,
Baxar mana özgə sayaq gözlərin.
Bir quru qəfəsəm, yetişən kimi
Alıbdı canımı bayaq gözlərin.

Dəlik-dəlik eyləmişdi sinəmi,
Dedilər ki, gəlir sala mərhəmi;
Dəxi də artırdı ğəm üstən ğəmi,
Nə yaxşı yoxladı naçaq gözlərin.

Ğəmzən həramidi, qəddin qiyamət,
Aşiqlər içində salıbdır afət.
Yay tutmaqda, ox atmaqda, nəhayət,
Hamıdan mahirdi qoçaq gözlərin.

Hər kim yana onun iştiyağına,
Gərəkdir əl qata cigər yağına;
Gördü ki, əyilib qaşın tağına,
Tez verdi müjədən dayaq gözlərin.

Həzər eylə, bir bax pərvərdigarə,
İncitmə aşiqi bir də dübarə;
Ver hüsnün zəkatın Zakiri-zarə,
Olsun bəlalərdən iraq gözlərin.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info