Qonaq Kitabı
Sevdiyim, didəmdən sellər açılır

 

Sevdiyim, didəmdən sellər açılır,
hər zaman düşəndə iraq kezlərin.
Gəlmədi sendürə cikər atəşin,
hər biri bir qaynar bulaq közlərin.

Kimin yolu düşsə xaki-dərinə,
Ox vurar köksünə mərhəm yerinə.
Belə kafər olmaz, aşiqlərinə
Qan uddurur çanaq-çanaq közlərin.

Bir zaman var idi, kerəndə məndən,
Ahuyi-xütən tək qaçardı kendən.
Bildi xərabədi, ey ğönçədəhən,
Elədi könlümü yataq, közlərin.

Yığılıb bir yerə el qınar səni,
Deyər çox incitdi kedib-gələni.
Təəccüb eylərəm, neçin mücəni
Piltə tək yandırmaz çıraq közlərin.

Salıbsan Zakiri cövrü cəfayə,
Yolunda canını verdi fənayə;
Ömür başa yetdi, ol binəvayə
Olmadı bir gecə qonaq közlərin.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info