Qonaq Kitabı
İstərəm ki, varım yarın kuyinə

 

İstərəm ki, varım yarın kuyinə,
Şikvə edəm ğəmi-pünhan əlindən.
Bilirəm ki, mana fürsət tapılmaz
Dərində aşiqi-nalan əlindən.

Badi-səba, söylə ol sitəmkarə,
Ölürəm, eyləsin dərdimə çarə.
Yoxsa məhşər künü pərvərdigarə
Dad edib, çəkərəm aman əlindən.

Salıbdır könlümü zülfün əzabə
Gecələr sübhədən yüz piçü tabə;
Bir kimsə tapılmaz yetə səvabə,
Qurtara fəqiri ilan əlindən.

Atarsan, yıxarsan xeyli zamandı,
Usanmazsan, elə haman-hamandı;
Gözün mərdümünün işləri qandı,
Nə ox düşər, nə də kaman əlindən.

Kimsənin Zakirdən yoxdu xəbəri,
Qalmayıbdır hərgiz şənlik əsəri.
Hüsnünə xiridar olandan bəri,
Saf cana yetişib ziyan əlindən.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info