Qonaq Kitabı
Ləli-ləbin kimi sağəri-səhba

 

Ləli-ləbin kimi sağəri-səhba
Bulunmaz, sormuşam meyxanələrdən.
Sədəf dəhanından çıxan sözlərin
Qiyməti artıqdır dürdanələrdən.

Həsrətinəm, görmək istərəm səni,
Dolanım başına, incitmə məni!
Günəş camalından götür bürqəni,
Xublər yaşınmaz divanələrdən.

Həq bilir, bilməzəm eşqi danmağı,
Bülbül tək yaz sevib, qış usanmağı;
Məndən öyrəniblər oda yanmağı,
Düşəndə xəbər al pərvanələrdən.

Xədənkin cismimi covşən eyləmiş,
Dəlik-dəlik, rövzən-rövzən eyləmiş.
Can quşu zülfündə məskən eyləmiş,
Onunçün qorxuram mən şanələrdən.

Zakir-həzər eylə, bu çərxi-fani
Yola salmış Vamiq ilə Sənani;
Fərhadü Məciunun keçib dövrani,
Sənsən ancaq qalan mərdanələrdən.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info