Qonaq Kitabı
Ey cismimin çanı, gözümün nuru

 

Ey cismimin çanı, gözümün nuru,
Eylədiyin əhdü vəfadən utan!
Gecə-gündüz çakər kimi dərində
Çəkdiyim cövr ilə cəfadən utan!

Əbəs yerdə xəcil oldum arada,
Əqlü huşu verdim fənayə, bada...
Gözü yaşlı məni qoyub burada,
Reyr ilə sürdüyün səfadən utan!

Eylədin həvalə eşq odun cana,
Gördün ki, yanıram, çəkildin yana;
Canın kisar edən Şeyx Sənana,
Vəfadə düxtəri-tərsadən utan!

Ey bimürvət, neyləmişdim sana mən,
Rahi-ümmidimə döşədin tikən.
Məhəbbət yolunda bəlalər çəkən
Züleyxadən, Şirin, Leyladən utan!

Şikəstə Zakirəm, sevmişdim səni,
Atəşi-fəraqə yandırdın məni;
Həq dost tutmaz iqrarından dönəni,
Bəndeyi-xudasən, xudadən utan!




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info