Qonaq Kitabı
Müddətdir həsrətəm, bir gəz bəri bax

 

Müddətdir həsrətəm, bir gəz bəri bax,
O xan gözlərinin sədqəsi canım.
Könül şikarına şahibaz kimi
Çıxan gözlərinin sədqəsi canım.

Rüxsarına qoşa xallar düzülüb,
Yoluna baxmaqdan canım üzülüb;
Yuxusuz maral tək hərdəm süzülüb,
Axan gözlərinin sədqəsi canım.

Eşq əhlini qoymaz gələ yaxına,
Göz işləyən yerdən istər toxuna.
Sərasər bağrımı müjkan oxuna
Taxan közlərinin sədqəsi canım.

Təsəlli verirdim mən öz-özümə;
Nazlı dilbər inanacaq sözümə;
Niqab altdan oğrun-oğrun üzümə
Baxan gözlərinin sədqəsi canım.

Şikəstə Zakiri gah şad eyləyib,
Gahi- bəndə, gahi azad eyləyib,
Könül xanimanın bərbad eyləyib,
Yıxan gözlərinin sədqəsi canım.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info