Qonaq Kitabı
Tökər səndən ayrı, ey çeşmi xumar

 

Tökər səndən ayrı, ey çeşmi xumar,
Gecə-gündüz əşki-alı gözlərim.
Nə deyir-dincəlir, nə qərar tapır,
Dəmbədəm yadına salı gözlərim.

Başadən olmadı didarın qismət,
Qorxuram ki, ala canımı həsrət;
O qədər çıxmadı, gördü aqibət
Sən gəzən yerləri xali gözlərim.

Firqət odu məni yandırıb yaxar,
Sübhü şam didəmdən qanlı yaş axar;
Viran olmuş bağda dolanıb baxar
Gah irəli, gahi dalı gözlərim.

Nə bilsin düşəcək ğürbət diyarə,
Sanırdı mümkündür daim nəzarə;
Baxmaz idi zülfə, xalə, üzarə,
Belə bilsə idi halı gözlərim.

Mən Zakirəm, nələr düşər xaşıma,
Çərxi-fələk ağu qatdı aşıma.
Bilirdim ki, əvvəl-axır başıma
Gətirəcək qalmaqalı gözlərim.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info