Qonaq Kitabı
Qadir allah bir də səbəb salaydı

 

Qadir allah bir də səbəb salaydı,
Bəyaz cəbinində tağı görəydim.
Sürtəydim üzümü gülgəz yanağa,
Siyah zülfü, tər buxağı görəydim.

Səs-səsə verəydi həzarə, bülbül,
Düşəydi payinə bənövşə, sünbül;
Xuraman-xuraman, əllərində gül,
Gəzəydin hər tərəf bağı, görəydim.

Bu dövran dolanıb, zəmanə dönə,
Tarının kərəmi olaydı mənə,
Oturub səninlə dizbədiz kenə
Deyib, gülüb, danışmağı görəydim.

Dərdü ğəm çəkməkdən qan olub cigər,
Gətirən yox nazlı yardan bir xəbər.
O qədər mən ölməyəydim, müxtəsər,
Genə o gördüyüm çağı görəydim.

Zakirəm, çəkərəm cövrü cəfanı,
Yadlar ilə sürər zeöqü səfanı;
Nə gərək sevəydim ol bivəfanı,
Nə də belə hicran dağı görəydim.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info