Qonaq Kitabı
Piranəsərlikdə bir növcavanın

 

Piranəsərlikdə bir növcavanın
Piyalə çeşminin məstanəsiyəm.
Dolannam başına şam ta səhər,
Şəmi-camalının pərvanəsiyəm.

Eşq əhlinin işin məndən al xəbər,
Hər aşiq olurmu sahibi-hünər?
Yanmağa kahildir odda-səməndər,
Mən özüm bu yolun mərdanəsiyəm.

Sərasər sövdayi-eşqi tərsanın
Apardı əqlini Şeyx Sənanın,
Fərhad-Şirinin, Qeys-Leylanın,
Mən də bir pərinin divanəsiyəm.

Qurbanam özünə, həm yoldaşına,
O xumar gözünə, hilal qaşına.
Nə olur pinhani bir sirdaşına
Deyə: "filaninin cananəsiyəm".

Mən Zakirəm, budur sözüm, söhbətim,
Nadan ilə yoxdur hərgz ülfətim.
Hanı bir xiridar, bilə qiymətim?
Mərifət bəhrinin dürdanəsiyəm.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info