Qonaq Kitabı
Dərdbilməzlər qınar məni, heç deməz

 

Dərdbilməzlər qınar məni, heç deməz
Dərd ilən doludur döşüm, ağlaram.
Çərxin sitəmindən, dövrün zülmündən
Tökülür dəmbədəm yaşım, ağlaram.

Nə qədər könlümə verrəm nəsihət,
Bir zaman eşqdən olmaz fərağət;
Nə onda mürvət var, nə məndə taqət,
Yaman yerə yetib işim, ağlaram.

Hər kimsənin olsa bir xeyrü şəri,
Gəlib məndən alır idi xəbəri;
O qaşları yayı görəndən bəri
Dağılıbdır əqlü huşum, ağlaram.

Diyari-ğürbətdə binamü nişan
Qalmışam, tapılmaz halım soruşan;
Nə bir gələn, nə bir əhval danışan;
Yollardadı gözüm, kuşum, ağlaram.

Düşəndə yadıma vəfalı dilbər
Sərasər od tutub alışır cigər.
Ğəm tünlük, mən yalqız, yüz yana çəkər,
Zakirəm, böyüyüb başım, ağlaram.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info