Qonaq Kitabı
İllər ayrısıyam, gəl qucaqlaşaq

 

İllər ayrısıyam, gəl qucaqlaşaq,
Sevdiyim, şikayət zamanı deyil.
Sənin gileyin çox, mənim günahım,
Onların nəhayət zamanı deyil.

Acı söz yaraşmaz belə bazara,
Şirin-şirin gəl danışaq bir para;
Keçən sərgüzəşti tulla kənara,
Bihudə hekayət zamanı deyil.

Qonum-qonşu gəlib şənlik olmamış,
Bizim üçün qara günlük olmamış,
Əngəl yığılmamış, tünlük olmamış
Oturmaq, fərağət zamanı deyil.

Sevgi sevgisinin ləbindən əmə,-
Bir ləzzəti dəyər iki aləmə.
Aç giriban bəndin, görünsün məmə,
Gizləmə, xəyanət zamanı deyil.


Hikimiz girək bir pirahənə,
Təfavüt qoymasın görən kimsənə;
Gəl sarmaşaq, Zakir mehmandır sənə,
Yaşınma, xəcalət zamanı deyil.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info