Qonaq Kitabı
Həqdi, gözəl çoxdu cahan içində

 

Həqdi, gözəl çoxdu cahan içində,
Gözəldə bir neçə nişanə gərək.
Əvvəl, aşiqinə mehriban ola,
Ondan, ğeyrilərə biganə gərək.

Gözəlin büllur tək gərək bədəni,
Eyləyə özünə heyran görəni,
Yarlı-yaraşıqlı boyu, gərdəni,
Nə uzun, nə ködək, miyanə gərək.

Ənbər xəcil ola zülfü buyindən,
Qəmər-rüxsarından, şəms-ruyindən;
Canlar təzələnə göftü guyindən.
Sözünün hər biri dürdanə gərək.

Mərifətdə kamil, sinndə uşaq,
Qədir bilən, özü doğru, sözü saq.
Quzu quyruğu tək nazikü yumşaq,
Lərzə verə cismi hər yanə gərək.

Zakir, nə yamandır halı dünyanın,
Əksik olmaz qalmaqalı dünyanın,
Dərdü sərdi mülkü malı dünyanın,
Can üçün bir belə cananə gərək.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info