Qonaq Kitabı
Mən öləndən sonra, deyin dildara

 

Mən öləndən sonra, deyin dildara,
Yadlar ilə deyib gülməsin, barı!
Xəstəliyim görməyə ki, gəlmədi,
Dəxi məzarıma gəlməsin barı!

İqrarının üstə möhkəm olmadı,
Dövründə könlümüz xürrəm olmadı,
Çünki bizim ilən həmdəm olmadı,
Canımızı oda salmasın barı!

O gözləri nərgiz, zülfləri sünbül
Xətti tər-bənövşə, yanaqları gül,,
Dərdimə ki, dərman eyləyən dögül,
Əhvalımı xəbər almasın barı!

Nə müddətdən bəri ol padişahım,
Üz döndərib məndən ümmidkghım;
Ya öldürsün, ya da cürmü günahım
Gündə bir üzümə çalmasın barı!

Adəm idi məkanında, yerində,
Əqlü huşu qalmayıbdır sərində,
Kəminə çakərdi Zakir dərində,
Onun təqsirinə qalmasın barı!




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info