Qonaq Kitabı
Piranəsərlikdə hərcayi könül

 

Piranəsərlikdə hərcayi könül
Bir tazə cavanın bəndivanıdı.
Tərk eləyib olan şüğlü karını,
Kəbeyi-kuyinin pasibanıdı.

Fərar eyləmişdi dili-sərsəri,
Bu gün badi-səba gətdi xəbəri;
Söylər ki, məskəni gedəndən bəri,
Bir pərinin zülfi-pərişanıdı.

Sərasər sinəmi oxları dəlib,
Bugün-sabah köçməliyəm, ənqərib,
Cəfa çəkmə, dur üstümdən, ey təbib,
Tökülən didəmdən çigər qanıdı.

Müddətdi düşmüşəm qürbət diyarə,
Kimsədən olmadı dərdimə çarə,
Gecə-gündüz baxar gözüm yollarə,
Bir laçın közlünün nikaranıdı.

Demə ki, çıxıbdır xeyirdən, şərdən,
Bədöv at ölüncə qalmaz hünərdən;
Sevdiyim, Zakiri salma nəzərdən,
Qədr eylə ki, ləlü gühər kanıdı.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info