Qonaq Kitabı
Gecə-gündüz həsrət çəkən gözlərim!

 

Gecə-gündüz həsrət çəkən gözlərim!
Səbr eylə, yetirrəm dildarə səni.
Necolsa sürtərəm xaki-payinə
O şuxun, yalvara-yalvarə səni.

Müddətdi görünməz ol çəmalı gün,
Çəkilib köksümə yüz dağü dügün,
Ya ölərəm, ya da yetirrəm bu gün
O iki nərkgsi-bimarə səni.

Qan tökərsən birdən ayrı düşəndə,
Xəlq içrə abi-ru qoymadın məndə;
Dəxi bir də gətirmərəm gələndə,
Tapşırram türreyi-tərrarə səni.

Hər yerdə ki, görsən bir səhi gərdən,
Əqlini, huşunu aparır sərdən;
Bir adam yoxdu ki, bu bəlalərdən
Çıxarıb bir kərrə qurtarə səni.

Baxa-baxa xalü xəttə, üzarə,
Zakirin gününü eylədin qarə;
Bir dərdə salıbsan, tapılmaz çarə,
Görüm ki, olasan biçarə səni.





 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info