Qonaq Kitabı
Gecə-gündüz canan deyib ağlaram

 

Gecə-gündüz canan deyib ağlaram,
Yarəb, belə bilirmola yar məni?
Mən ki, anı çıxarmazam yadımdan,
Yadına salırmı ol nigar məni?

Sevgi sevgisinə halın bildürür,
Həsrətin çəkdiyim neçə ildürür,
Ənqəribdir, bu gün, sabah öldürür,
Deyin bimürvətə intizar, məni.

Hazır olsa bir məclisə yüz adəm,
Derlərdi filani burdadır, əbsəm!
Axır elə oldum rüsvayi-aləm,
Düşmən tənə eylər, dost qınar məni.

Əhd ilə iqrarı qoyub kənara,
Eşitdim ki, həmdəm olub əğyara,
Eyləməsin,-deyin o sitəmkara,-
Tay-tuş arasında şərmsar məni.

Zakirəm, od tutdu, alışdı cigər,
Təğafül etməsin, allahı sevər;
Mundan sonra danmaq nə yana yetər,
Ğəmi-hicran aldı aşikar məni.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info