Qonaq Kitabı
Sifariş eyləsən badi-səbadən

 

Sifariş eyləsən badi-səbadən,
Görən, dərdim o cananə deyərmi?
Dolanıb başına misli-pərvanə,
Od tutuban yanə-yanə deyərmi?

Bu sitəmlər dili-zarə keçdiyin,
Əl çəkməyib varə-varə keçdiyin,
Uzun illər günüm qarə keçdiyin,
Siyah zülfi-pərişanə deyərmi?

Sək rəqibdən məclis olanda xali,
Çəkib bir kənara çeşmi-ğəzali,
zün təmənnası, ləbin xəyalı
Salıb binəvanı qanə, deyərmi?

Səbadən olmasa əgər bir çarə,
Cürət eyləməs deməyə yarə,
Bu əhvalı o türreyi-tərrarə,
Məhrəmdi, görəsən, şanə deyərmi?

Zakirəm, kuyindən avarəyəm mən,
Karü şüğlüm olub naləvü şiyvən.
Yad eyləyib bir yol, yarəb, görəsən,
Harda qaldı o divanə, deyərmi?




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info