Qonaq Kitabı
Sən gedəndən bəri, ey çeşmi xumar

 

Sən gedəndən bəri, ey çeşmi xumar,
Əzəl gözlərimin xabı çəkildi.
Nə dil qərar tutdu iştiyaqından,
Nə könlümün iztirabı çəkildi.

Səri-kuyin məhşər, qəddin qiyamət,
Qiyamət edərsən saətbəsaət;
Hüsnün günəşindən çəkib xəcalət,
Çərxin məhi, afitabı çəkildi.

Dün naz ilə qədəm basanda bağa,
Şümşadü sənubər düşdü ayağa,
Süsən, sünbül, lalə üz qoydu dağa,
Bərgi-gülün rəngü abı çəkildi.

Harda düşsə ləli-ləbin sözündən,
Camü badə çox deyərdi özündən.
Axır elə düşdü xəlqin gözündən,
Saqi götdü meyi-nabı, çəkildi.

Zakirəm, sinəmi sipər bəlayə
Tikmişəm, at oxun, pənah xudayə!
Fərhad ilə Məcnun cövrü cəfayə
Beş gün gətirməyib tabı, çəkildi.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info