Qonaq Kitabı
Yenə bizdən küsüb bivəfa dilbər

 

Yenə bizdən küsüb bivəfa dilbər,
Kəsibdi ülfətin neçə müddətdi.
Sək rəqib sözünə etibar etmək,-
Bilməzəm,-xublarda bu nə adətdi.

Gədasını şah nəzərdən salınca,
Qəriblikdə hicran canın alınca,
Gözü yolda, boynu buruq qalınca,
Ölüm aşiqlərə xoş səadətdi.

Deyirlər ki, sabah gələcək yarım,
Şərməndəyəm, artıb dərdü ğubarım;
Candan ğeyri yoxdur özgə nisarım,
O da ki, ziyadə biləyaqətdi.

Yadlar ilə sürdün zövqü səfanı,
Tərk etdin iqrarı, əhdi, vəfanı;
Bari bizdən əsirkgmə cəfanı,
Nə qədər çox olsa canə minnətdi.

Mən demənəm dərdü ğəmim az eylə,
Daim meylin meylim ilə saz eylə,
Düşəndə gah, gah sərəfraz eylə,
Saf unutma bu Zakiri, mürvətdi!




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info