Qonaq Kitabı
Sən sadə gözəlsən, qoyma, sevdiyim

 

Sən sadə gözəlsən, qoyma, sevdiyim,
Məşşatələr bəzək taxa üzünə,
Bərgi-gülə bənzər üzari-alın,
Nə lazımdı ənlik yaxa üzünə.

İşləri xətadır çeşmi-məstanın,
Çalar, çapar, xərab elər dörd yanın;
Əmanət, əmanət, növki-müjkanın
Toxunmasın, qanar, yuxa üzünə.

Çıxıb aralıqdan küdurətü ğəm,
İxtilat yapışıb qızışanda dəm,
Bəyaz cəbinindən gül kimi şəbnəm
Dumurcuq-dumurcuq axa üzünə.

Gözlərindi nərgiz, qaşlarındı yay,
Heç nevcavan ola bilməz sana tay;
Camalın görəndə daldalanır ay,
Günün nə həddi var çıxa üzünə?

Gələ-gör Zakirin özün üstünə,
Sənin payəndazın közün üstünə.
Götür qoy başımı dizin üstünə,
Can verəyim baxa-baxa üzünə.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info