Qonaq Kitabı
Əsib badi-səba, nümayan oldu

 

Əsib badi-səba, nümayan oldu
Çaki-giribandan bir bəyaz məmə;
Şüai iəms tək göz qamaşdırır,
Mən görmüşəm bunun kimi az məmə.

Hər ikisi biri-birindən göyçək,
Nə öpmək mümkündü, nə də dişləmək;
Təxt üstündə qoşa şahzadələr tək
Şəkləşib, oturub şahibaz məmə.

Gül qönçəsi kimi gülşən içində,
Behişti-bərin tək məskən içində,
Pirahən altında, çəpkən içində
Hər dəm edər bir-birinə naz məmə.

Könül nə çəkərsən munca intizar?
Sev bir ala gözlü, tər buxaqlı yar!
Ömri-dübarədir, xoş səfası var,
Gərəkdir kişiyə qışü yaz, məmə.

Aşiqlik cahilin ağzına kəndi,
O kəsə meyl et ki, qədir biləndi.
Nə qaim sorandı, nə dişləyəndi,
Eyləmə Zakirdən etiraz, məmə!




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info