Qonaq Kitabı
Sevdiyim, gələ-gör bahar fəslidir

 

Sevdiyim, gələ-gör bahar fəslidir,
Könül istər kgzə bağı səninlə.
Keçə qucaqlaşıb yataq qolboyun,
Bir də duraq səhər çağı səninlə.

Nə xoş səadətdir dodaq-dodaqda,
Məzə müqabildə, badə qabaqda.
Vermənəm aləmə xəlvət otaqda
Deyib, gülüb, danışmağı səninlə.

Xahi aqil olam, xahi divanə,
Yoxdur ehtiyacım hurü ğılmanə.
Gedərəm duzəxə mərdü mərdanə,
Əsli budur sözün sağı səninlə.

Aşiqlər bağrını şan-şan elərsən,
Gündə birin kəsib qurban elərsən;
Hər qiya baxanda yüz qan elərsən,
Müşküldür dolanmaq, yağı, səninlə!

Ləbindir Zakirin abi-həyatı,
Dirildir ölünü hər ixtilatı;
Neylərəm şəkkəri, qəndi, nəbatı,
Xoşdur mana içmək ağu səninlə.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info