Qonaq Kitabı
Ey sevdiyim, səndən cüda düşəli

 

Ey sevdiyim, səndən cüda düşəli,
Mənəm gecə-gündüz əzab içində.
Qan-yaş töküb sızıldaram, yanaram,
Necə ki, atəşin kəbab içində.

Tək yaradıb- səni vahidi-yekta,
Şəhdi-müsəffadır cismin sərapa;
Tər sinədə bəyaz püstanın kgya
Çeşmeyi-kafurun hübab içində.

Çeşmin keyfiyyəti, ey qədri ali,
Salıb meyxanəyə yüz qiylü qali;
Qara çarqat içrə rüxsari-ali
Görən der: günəşdir səhab içində.

Görməmişəm sənin kimi məhvəşi,
Gözləri afəti, hüsni dilkeşi.
Bənzər ləbin üzrə xali-həbəşi
Daneyi-ənkurə şərab içində.

Kuyindi Zakirin Darüssəlamı,
Heç kimsənin yoxdu belə məqamı.
Kakilin hədisi, zülfün gəlamı
Şərhi-Mütəvvəldi kitab içində.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info