Qonaq Kitabı
Gəzmişəm cahanı mən, görməmişəm

 

Gəzmişəm cahanı mən, görməmişəm
Sənin kimi gözəl ellər içində,
Bərabərin yoxdu hurü pəridə,
Tək düşübsən mələk-mənzər içində.

Fətilə-fətilə tökülüb telin,
Aparır ləzzətin o incə belin.
Sədəf dəhanında nisbətdir dilin
Müqəşşər badama şəkkər içində.

Zərrəcə eyib yox al yanağında,
Qaşında, gözündə, tər buxağında;
Sənəmlər oturmuş solü sağında,
Sən məhi-tabansan ülkər içində.

Şuai-şəmsdir cəsədin, canın,
Aparıbsan əqlin şahü gədanın;
Tər sinədə guya bəyaz püstanın
Hübabdır eyni kövsər içində.

EY səxa mədəni, eyY kərəm kanı!
Neçün tanımazsan yaxşı-yamanı!
Bu qədər qulun var dərində,
Hanı Zakir tək vəfalı çakər, içində?




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info