Qonaq Kitabı
Kəman əbrulərin, ox kipriklərin

 

Kəman əbrulərin, ox kipriklərin
Mən olmuşam rövzən-rövzən içində,
O qədər ha peykan vurub sinəmə,
İtibdir bədənim ahən içində.

Badi-səba gətdi könüldən xəbər,
Sölər nəşiməni zülfi-müəttər;
Əlbəttə ki, bir kün zəvalə gedər,
O əfi yatağı məskən içində.

Müsəlsəl keysunun xətadır işi,
Sübhün tüluinə bənzər gülüşi,
Sədəf dəhanında sərasər dişi
Dürri-bihəmtadır mədən içində.

Təəçcüb eylərəm, allahü əkbər!
Limu yetiribdir sərvü sənubər;
Qorxuram inciyə bəyaz məmələr,
Pirahən altında, çəkbən içində.

Bu nə mürüvvətdi, ey şahi-xuban!
Əl-ələ tutuşub xürrəmü xəndan,
Edəsən ğeyr ilə seyri-külüstan,
Xəstə Zakir qala gülxən içində.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info