Qonaq Kitabı
Sevdiyim, bir yerə. cəm eyləsələr

 

Sevdiyim, bir yerə cəm eyləsələr,
Məhvəşi-dövranı sana yetişməz.
Çıxarıban gətirsələr Misirdən
Yusifi-Kənanı, sana yetişməz.

Sanasan içində gül pirəhənin
Bir bərki-səməndir cəsədin sənin.
Quzu quyruğundan tərdir bədənin,
Şərayi-Yəmani sana yetişməz.

Həqdi, gözəl çoxdu bu vilayətdə,
Hərkiz ola bilməz sən məlahətdə;
Ey dürri-nasüftə, qədrü qiymətdə
Yaquti-rummani sana yetişməz.

Müştəridir sana Zöhrə fələkdə,
Gecə-gündüz ovsafini deməkdə;
Bərabərin yoxdu köydə, mələkdə,
Behiştin ğilmani sana yetişməz.

Vəsfin demək üçün sənin tək şahın,
O çöhreyi-alın, zülfi-siyahın,
Firdovsi, Cami tək gərək məddahın,
Zakirin hədyanı sana yetişməz.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info