Qonaq Kitabı
Gül üzün həmdəmdi müəttər zülfə

 

Gül üzün həmdəmdi müəttər zülfə,
Öz nəkhəti bəsdir, gülab istəməz
Annı sevən gedər həşt-behiştə,
Divanədən kimsə hesab istəməz.

Hərami qaşların fitnədir karı,
Anı pənahında saxlaya tarı,
Ləblərin sərməsti, gözün xumarı
Sağər tələb etməz, şərab istəməz.

Dözə bilməm tənhalığın qəhrinə,
Saqiyi-dövranın cami-zəhrinə;
Dərdü ğəmin göndər könül şəhrinə,
Heç sultan mülkünü xərab istəməz.

hər yerdə aşiqi-binəva tapar,
Əqlini, huşunu çalıban çapar,
Nə kami-dil verər, nə könül yapar?
Məkər xubirulər səvab istəməz?

Zakirəm mən sana, ey padişahım,
Yetirmə fələyə naləvü ahım;
Vur boynumu, kər var isə günahım,
Sevdiyim, bu qədər əzab istəməz.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info