Qonaq Kitabı
Müəttər zülfünün həsrətin çəkən

 

Müəttər zülfünün həsrətin çəkən
Gül iyləməz, müşkü ənbər istəməz.
Camalın müştaqı baxmaz günəşə,
Üzün sevən bədri-ənvər istəməz.

Canü dili bəslər idim, sevərdim,
Tapşırıb cananə azala dərdim;
Qoşub bir-birində bu gün göndərdim,
Bilməzəm, o bədxu istər, istəməz.

O şahibaz gözlərini görəndə
Uçar mürği-ruhum, durmaz bədəndə;
Dilin soran baxmaz nabatə, qəndə,
Ləbin əmən şəhdü şəkkər istəməz.

Əlhəzər yay qışın şux peykanından,
Vurar, yıxar, ötmək olmaz yanından;
Gözəl sevən gərək keçə canından,
Canını istəyən dilbər istəməz.

Həddi yoxdur məndə cürmü künahın,
Həm müqəssirinəm, həmi güvahın,
Zakirin qətlinə bəsdir nikahın,
Əl vurma, qəbzeyi-xəncər istəməz.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info