Qonaq Kitabı
Ey sevdiyim, ləli-ləbinə nisbət

 

Ey sevdiyim, ləli-ləbinə nisbət,
Meyxanələr içrə badə tapılmaz.
Çox ali-şan nazəninlər görmüşəm,
Sənin kimi şahizadə tapılmaz.

Müştəridir sana Zöhrə fələkdə
Gecə-gündüz övsafını deməkdə.
Bərabərin olsa olsun mələkdə,
Amma bizim bu aradə tapılmaz.

Tamam adın eşitdiyin gözəllər
Gecədəndən durub sürtük edəllər,
Cəm olsa xəlayiq, yığılsa ellər
Sənin tək dilbəri-sadə tapılmaz.

İnsaf olmaq gərək gədadə, bayda,
heç omlazsa yarın yoxlaya ayda,
Vilayətdə gözəl çoxdu, nə fayda,
Dərd bilən, yetişən dadə tapılmaz.

Sərf eyləyib həyatına həyatın,
Tərk edib vəhdətin, eyşü nişatın;
Əgər verməlisən hüsnün zəkatın,
Zakir kimi bir üftadə tapılmaz.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info