Qonaq Kitabı
Nə xoşlayıb xanım bilməm

Nə xoşlayıb xanım bilməm,

Xərab Kürdəşdi, Kürdəşdi,

Gəl Üştibnə təfərrüc qıl,

Cənnət bağı Rəşti, Rəşti.

 

Qoymayaydım qızıl kanda,

Çəkəydim olsa hər xanda,

Bina qılaydım İranda

Dini-Zərdüşti, Zərdüşti.

 

Talayaydım o Bağdadı,

Qalmıyaydı heçcə zadı,

Alaydım qəsri-Şəddadı,

Dolanaydım həşti, həşti.

 

Alaydım bir mülki-Rumu,

Əkəydim yerində qumu,

Qalmıyaydı onda bumu,

Olaydılar dəşti, dəşti.

 

Nəbati, bu cismi-mürdə

Aram tapdı bircə xırda.

Saqi, çox olmuş əfsürdə,

Dur mey gətir kəşti, kəşti.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info