Qonaq Kitabı
Gəlmə, gəlmə, get yaxşı-yaxşı sən

Gəlmə, gəlmə, get yaxşı-yaxşı sən,

Mən sənin kimi yarı istəməm.

Öldü aşiqin, bircə gəlmədin,

İndi sən edən zarı istəməm.

 

Munca kim dedim: öldüm, öldüm ay!

Sən gavur qızı bir inanmadın.

Indii gəlmisən nə’şim üstünə,

Dur ki, sən edən zarı istəməm!

 

Hər nə ağladım, hər nə dağladım,

Qoymadın görüm gül cəmalını.

Tab vermə çox tari-zülfünə,

Mən xəzinəsiz marı istəməm.

 

Huri-cənnətin neylərəm sabah,

Mən bugünkü gün yarı istərəm.

Verməsən əgər doğru söz ki, mən

Böylə rəhmsiz Tarı istəməm.

 

Saqiya, gətir cami-xoşgüvar,

Qış tükənmədi, gəlmədi bahar,

Mən gül istərəm, bülbül istərəm,

Bu soyuq qışı, qarı istəməm.

 

Çarə əqldən olmaz aşiqə,

Çox gözətlədim, etdim imtahan,

Dur soyun genə rəxtü pəxtini,

Mən bu qeyrətü arı istəməm.

 

Dur ləbaləb et cami-zərkeşi,

Bircə qətrəsi dammasın yerə,

And verib mənə piri-meykədə,

Mən piyaləsiz yarı istəməm.

 

Əl çək, ey rəqib, həq rizasinə,

Bir hovurluğa yıxma ömrümü,

Bir də gəlmərəm mən bu gülşənə,

Dərmərəm gülün, xarı istəməm.

 

Mən Nəbatiyəm, zarü binəva,

Eşq müflisi, rindü mübtəla,

Əl götürmüşəm malü mülkdən,

Ol himar tək barı istəməm!



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info