Qonaq Kitabı
Dərdi-hicrdən hali-zarımı

Dərdi-hicrdən hali-zarımı,

İstəsən əgər, kəhrəbayə bax.

Yoxlasan əgər zə’fi-cismimi,

Məndə nitq yox, yengi ayə bax.

 

Min kərə dedim, səgrəqib ilən

İxtilat edib olma aşina.

Əyləşib genə, ol ləin ilə,

Süst əhdi gör, bivəfayə bax.

 

Olma gül kimi xarə həmqərin,

Salma aşiqi suzi-eşqdən,

Heç görüm üzün gülməsin sənin,

Odladın məni, bir xudayə bax.

 

Zahid, az danış, get gözümdən it!

Eşqdən məni çox da danlama,

Mən məgər əbəs olmuşam dəli,

Bir o mimü dal, bavü rayə bax.

 

Məndən əl götür, ey uzunqulaq!

Zöhd satma çox ey himari-məhz!

Dur ayağa bir, aç o kor gözün,

Bir bu gözləri sürməsayə bax.

 

Mən öləndə bir nə’şim üstə gəl,

Bir nəzarə qıl daği-sinəmə,

Dalə çək qələm, eyni caizə,

Bir əlifdə min macərayə bax.

 

Qıl mənə kərəm feyzi-lütfünü,

Kərbəla tərəf çək inanımı.

Xərc əzhəlal, çarpayi-yol,

Həm rəfiqim ol, bu sədayə bax.

 

Dövri-çərxdən olmuşam əlil,

Dizdə taqətim, gözdə nur yox.

Bir nəzər əya şahi-lafəta,

Bu Nəbatiyi-binəvayə bax.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info