Qonaq Kitabı
Guşeyi-vəhdət nə əcəb ca imiş

Guşeyi-vəhdət nə əcəb ca imiş,

Sirri-nihan onda hüveyda imiş.

 

Aşiqi divanələrin mənzili,

Rütbəyə bax, ərşi-müəlla imiş.

 

Qafil idim bu dili-viranədən,

Dil demə, oğlan, bu ki dərya imiş!

 

Günbədi-əflakı deyirlər vəsi’,

Şöhrəti-bicadı bu, böhtan imiş.

 

Qabili-feyzü düri-şəhvari-eşq,

Məzhəri-ənvari-təcəlla imiş.

 

Məxzəni-əsrari-xudavəndigar,

Mə’dəni-feyzi-şəhi-vala imiş.

 

Mətləi-dibaçeyi-sultani-can

Məqtəi-divani-şahənşa imiş.

 

Nöqteyi-pərkari-münəqqəş əsas,

Daireyi-mərkəzi-mina imiş.

 

Məğfəri-gərdani-Təhəvtənmisal,

Əfsəri-sərdari-sərara imiş.

 

Məhbəti-əş’ari-cəvahir-nizam,

Mənbəyi-ənhari-müsəffa imiş.

 

Vəh, nə deyim mən ki, o müşkin nəfəs

Mübtili-ə’cazi-Məsiha imiş.

 

Ləfzdə bir tutiyi-xoşdasitan,

Nəğmədə bir bülbüli-şeyda imiş.

 

Hüsndə bir Yusifi-gül-pirəhən,

İşvədə bir türfə Züleyxa imiş.

 

Tur-sifət atəşi-eşq içrə ğərq,

Aşiq evin yıxmağa Səlma imiş.

 

Gah olur Vamiqi-şirinsüxən,

Gah deyərsən ki, bu Əzra imiş.

 

Faidə verməz ki, qaradağlısan,

Narə deyər kim, əcəb heyva imiş.

 

Xatiri-üşşaqı pərişan edən

Şanəkeşi-türreyi-Leyla imiş.

 

Kimdi bu “mən, mən” deyən oğlan genə,

Bizdən o daim niyə ixfa imiş?

 

Kar deyilsən ki, o şirinzəban,

Bu güləşən Baqiri-bürna imiş.

 

Şübhəsi yoxdur ki, çobandır, çoban,

Bəstə o bir naleyi-surna imiş.

 

Danışa bilməz, dili yox, laldır,

Ru dediyin bir belə lala imiş.

 

Afərin, ey qülhüvələh, mərhəba!

Xeyr, o bir bəççeyi-ənqa imiş.

 

Sən de, görüm bəs nədi, hay tapmışam,

Püsteyi-gül, ya güli-rə’na imiş.

 

Anladın indi ki, “ənəlhəq” deyən,

Şeyxdəki rəbbiyəl-ə’la imiş?

 

Əqli dayaz, dağ çapan oğlanə bax!

Durdu yerindən ki, nə heyha imiş.

 

Seyheyi-Şəbdizi-səmək cəstxiz,

Nə’reyi-Gülguni-səmasa imiş.

 

Başını çox çalxama Şapur tək,

Mən nə bilim, uf ki, bu bənna imiş!

 

Xosrovun əhvalını Şirin bilir

Kim, ona həmkasəvü xərga imiş.

 

Yetsə əlim, qisseyi-Şirini mən

Nəql edərəm Xosrovə həmra imiş.

 

Dəng eləmə, qoy, sözü əldən çıxar,

Tanrı bilir ki, bu nə qovğa imiş.

 

Xosrovə Şirini edirlər ərus,

Bangi-döhül, sövti-neyü na imiş.

 

Dəxi inandım, bəli Fərhadsən,

Əlləri var, yaxşıca usta imiş.

 

Saqi, deməkdən nə gərək, türküsü,

Mətləbimiz badeyi-həmra imiş.

 

Sən bicə bir o dəli Məcnuna bax,

Adı nə üçün belə rüsva imiş?!

 

Aşiq olan kimsə məgər ur olur,

Çatmadı zehnim, bu müəmma imiş?

 

Mən niyə, yarəb, belə bədfitrətəm,

Anlamadım mən bu nə əmma imiş?

 

Dəşti-cünun seyrinə getmişdi o,

Yoxsa məgər, adəti-səhra imiş?

 

Ta ki, desinlər ki, özündən çıxıb,

Ya ki, bu izhari-təbərra imiş.

 

Qaideyi-şəhr fənadır, fəna,

Bu sifət ol mülkdə bərpa imiş.

 

Səhv danışdım, nə bilim, bilmədim,

Bu necə müşgülcə müəmma imiş?!

 

Şəhri-fəna, məhri-məna bilmənəm,



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info